Azərbaycanda het-trik edən legionerlərin sayı 50-yə çatdı
Azərbaycan çempionatları tarixində milliləşənlər də daxil olmaqla het-trik edən legioner futbolçuların sayı 50-yə çatıb.
"Mediasport" xəbər verir ki, Premyer Liqanın XVIII turu mövsümün ikinci het-triki ilə əlamətdar olub.
"Qəbələ"nin futbolçusu Domi Massumo "İmişli" ilə ev oyununda (3:2) qol vurub.
Konqoluya qədər Toral Bayramov fərqlənib. "Qarabağ"ın futbolçusu V turun "Araz-Naxçıvan"la səfər görüşündə (5:0) üç dəfə qol sevinci yaşayıb.
Domi Premyer Liqa tarixində milliləşənlər də daxil olmaqla legionerlərin ümumilikdə 50-ci het-trikinə imza atıb.
Bunlardan 42-si legioner statuslu, 8-i Azərbaycan pasportuna malik xarici futbolçuların payına düşür.
Azərbaycan çempionatlarında ən çox het-trik edən legioner Davit Volkovdur.
Cari mövsümdə "Zirə"də çıxış edən gürcüstanlı 4 matçda fərqlənib. Əcnəbilərin ilk het-trikinə isə onun həmyerlisi, sonradan milliləşən Badri Kvaratsxeliya imza atıb.
O, "Kəpəz"in formasını geyindiyi 1997/1998 mövsümündə 2 het-trik müəllifi olub.
