Azərbaycan millisinin Bakıdakı matçına bilet satışı davam edir
Sentyabrın 23-də 8-ci kilometr stadionunda keçiriləcək Azərbaycan - Tacikistan oyununa bilet satışı davam edir.
"Mediasport" xəbər verir ki, yoxlama matçına biletlərin qiyməti 3-30 manat aralığında dəyişir.
Biletləri iTicket.az saytından əldə etmək mümkündür.
Xatırladaq ki, görüş saat 20:00-da start götürəcək.

