1-ci Liqa təmsilçisi heyətini qabonlu hücumçu ilə gücləndirdi

1-ci Liqa təmsilçisi heyətini qabonlu hücumçu ilə gücləndirdi

Azərbaycan 1-ci Liqasında yarışan "Difai" heyətini əcnəbi futbolçu ilə gücləndirib.

"Mediasport" xəbər verir ki, Ağsunu təmsil edən komanda Ondo Uorren-Llyodu transfer edib.

22 yaşlı hücumçu heyətə çempionatın digər təmsilçisi "Zaqatala"dan qoşulub.

Qabonlu forvard karyerası ərzində Moldovanın "Dinamo-Avto" və Fransanın "İstr" klublarında da forma geyinib.

"Difai" liqada hazırda turnir cədvəlində 9 xalla 9-cu pillədə qərarlaşıb.