Premyer Liqaya qayıdan "Qəbələ" yeni sponsorla müqavilə imzaladı

“Qəbələ” İdman Klubu yeni sponsorluq müqaviləsi imzalayıb.
"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi SAB brendi adı altında məşhurlaşmış “Zəhmət Ruzi MMC” şirkəti ilə əməkdaşlığa başlayıb.
Tərəflər arasında 1 illik anlaşma nəzərdə tutulub. İmzalama mərasimində "Qəbələ" İK-nın prezidenti Fariz Nəcəfov və SAB-ın baş icraçı direktoru Elnur Bədəlov iştirak ediblər.
Qeyd edək ki, bir neçə idman növü üzrə ixtisaslaşmış "Qəbələ" İK-nın futbol komandası cari mövsüm 1-ci Liqada çempionluğu vaxtından əvvəl təmin edərək Premyer Liqaya qayıdışını rəsmiləşdirib.