"Turan Tovuz" ilk ev oyununu bu komandaya qarşı keçirəcək

"Turan Tovuz" ilk ev oyununu bu komandaya qarşı keçirəcək

Yayda stadionda yenilənmə və ot örtüyünün dəyişdirilməsi işləri həyata keçirilən Tovuz şəhər stadionunda bu mövsümün ilk oyununun keçiriləcəyi tarix dəqiqləşib.

"Mediasport" xəbər verir ki, qərb təmsilçisinin təbii örtüklü yeni meydançada ilk görüşü "Şamaxı"ya qarşı olacaq.

10-cu tur çərçivəsində baş tutacaq matç noyabrın 2-də reallaşacaq.

Xatırladaq ki, tovuzlular təmir işləri ilə əlaqədar rəqiblərini "Qarabağ"a məxsus "Azərsun Arena"da qəbul edirdilər.

Kurban Berdıyevin komandası qarşıdakı turda Şamaxı səfərində "Karvan-Yevlax"la üz-üzə gələcək.