Superliqa klubundan ayrılan Dadaşov "Qarabağ"da - EKSKLÜZİV

Ötən ilin avqustunda Türkiyənin "Ankaragücü" klubu ilə müqavilə bağlayan Azərbaycan millisinin futbolçusu Renat Dadaşov "Qarabağ"a keçir.
"Mediasport"a verilən məlumata görə, yanvardan sonra Superliqa klubunun əvəzedici komandasına göndərilən 25 yaşlı hücumçu yaydan etibarən Azərbaycan çempionunun formasını geyinəcək.
Türkiyə mətbuatı artıq Ankara təmsilçisinin forvardla müqaviləyə xitam verdiyini yazır. Azərbaycanda "transfer pəncərəsi" bağlı olduğu üçün Renatın "Qarabağ"a faktiki keçidi mümkün deyil.
Odur ki, fors-major olmazsa, tərəflər yayda müqavilə bağlayacaq.
Xatırladaq ki, Dadaşov "Ankaragücü"nün heyətində 15 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.