Yığmamız seçmə mərhələdə 3 matçın hamısında bərabərə qaldı

 Yığmamız seçmə mərhələdə 3 matçın hamısında bərabərə qaldı

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandası Avropa çempionatının seçmə mərhələsinin II raundunda qrup oyunlarını başa vurub.

"Mediasport" xəbər verir ki, millimiz B liqasının 2-ci qrupunda son matçını Malta futbolçularına qarşı keçirib.

Komandamızın bu oyunu da heç-heçə bitib.

Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan qarşılaşmada qapılara 4 qol vurulub - 2:2.

Xatırladaq ki, daha əvvəl Bolqarıstan (1:1) və Litva (0:0) ilə bərabərə qalan u-17 3 xalla qrup üçüncüsü olub.