UFC döyüşçüsü: “Qarabağ”ın formasını ABŞ-yə aparacağam"

UFC döyüşçüsü: “Qarabağ”ın formasını ABŞ-yə aparacağam"

"Azərbaycanda hər şey idealdır. Burada məni möhtəşəm qarşıladılar. Dünyanın başqa yerlərində belə şey yoxdur".

"Mediasport" xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək UFC gecəsində döyüşəcək ABŞ idmançısı Xəlil Ruantri deyib.

O, mətbuat konfransında qeyd edib ki, bütün diqqətini ilk döyüşə yönəldib:

"Camaal Hillə qalib gəlmək istəyirəm. Fikrimcə, ağır və çətin döyüş olacaq. Daha sonra gələcək barədə danışmaq olar".

35 yaşlı idmançı "Qarabağ" klubunun forması ilə çəkdirdiyi şəkillər haqqında da danışıb: "Formanı papaqla birgə Bakıdan almışam. Bunu özümlə ABŞ-yə aparacağam".

Qeyd edək ki, Xalil Ruantri iyunun 21-də Bakı Kristal Zalında həmyerlisi Camal Hill ilə qarşılaşacaq.