"Neftçi" Avropa Kubokunda ilk qələbəsini Bakıda qazandı

 "Neftçi" Avropa Kubokunda ilk qələbəsini Bakıda qazandı

"Neftçi" basketbol komandası FİBA Avropa Kubokunun qrup mərhələsində növbəti matçını keçirib.

"Mediasport" xəbər verir ki, H qrupunda yarışan təmsilçimiz 6-cı tur çərçivəsində "Mikonos"la (Yunanıstan) qarşılaşıb.

Görüş Milli Gimnastika Arenasında baş tutan duel "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 84:80.

Xatırladaq ki, komandamız bunadək qrupda 5 matçın hamısında uduzmuşdu.

"Neftçi"nin son görüşü noyabrın 18-də "Riqa"ya (Latviya) qarşı olacaq.