Rusiya yığması Bakıdakı dünya çempionatında iştirak edəcək
Rusiyanın U-15 futbol milli komandası oktyabrın 22-dən 31-dək Azərbaycanda keçiriləcək dünya çempionatı və festivalında iştirak edəcək.
"Mediasport" xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFİ) rəsmi saytında məlumat yayılıb.
Qeyd olunub ki, turnirin ilkin mərhələsində Rusiya komandası Əfqanıstan, Cibuti, Syerra-Leone, Sudan və Türkiyə ilə eyni qrupda mübarizə aparacaq.
Xatırladaq ki, yarış 191 milli komandanın iştirakı ilə reallaşacaq. Oyunlar 8x8 formatında hərəsi 20 dəqiqədən ibarət iki hissəli olacaq.
Bu, 2022-ci ildən beynəlxalq futbol yarışlarından uzaqlaşdırılan Rusiyanın futbol komandasının son 5 ildə qatılacağı ilk rəsmi turnirdir.

