Azərbaycan çempionatının lideri yoxlama oyunlarına 3 rəqib tapdı

 Azərbaycan çempionatının lideri yoxlama oyunlarına 3 rəqib tapdı

1-ci Liqada çempionluğa oynayan “Şəfa” mövsümün ikinci dövrəsinə hazırlıq çərçivəsində üç yoxlama oyunu keçirəcək.

"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi MOİk, "Difai" və "Şimal"la qarşılaşacaq.

Matçlar müvafiq ardıcıllıqla yanvarın 23-də, 28-də və 29-da baş tutacaq.

Xatırladaq ki, “Şəfa” çempionatda 12 turdan sonra 30 xalla liderdir.