"Zirə" özbəklərə məğlub oldu

"Zirə" özbəklərə məğlub oldu

UEFA Konfrans Liqasına hazırlığı Türkiyədə davam etdirən "Zirə" ilk yoxlama matçını keçirib.

"Mediasport" xəbər verir ki, Rəşad Sadıqovun komandası “Navbahor”la qarşılaşıb.

Görüş Özbəkistan təmsilçisinin qələbəsii lə yekunlaşıb - 3:1.

"Qartallar"ın toplanış çərçivəsində növbəti yoxlama oyunu iyulun 1-nə planlaşdırılıb.