İntizam Komitəsi "Neftçi" 13 min, "Qarabağ"ı 7 min manat cərimələdi

İntizam Komitəsi "Neftçi" 13 min, "Qarabağ"ı 7 min manat cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Mediasport" xəbər verir ki, Premyer Liqanın 29-cu turunun "Neftçi" - "Qarabağ" matçında qeydə alınan qayda pozuntularına görə cəzalar açıqlanıb:

26 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun  “Neftçi” – “Qarabağ” oyununun 90+3-cü dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydanaçaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə “Neftçi” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);

 26 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun  “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 8-ci dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);

 26 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun  “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Qarabağ” komandası 7000 manat cərimə edilsin (maddə 86.3);