Toral Bayramov "Bursaspor"un heyətində ilk oyununu keçirdi
Azərbaycan millisinin futbolçusu Toral Bayramov “Bursaspor”da ilk oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, "əjdahalar" Boludakı təlim-məşq toplanışında “Batman Petrolspor”la üz-üzə gəliblər.
Yığmamızın üzvü 1:1 hesabı ilə başa çatan qarşılaşmada meydana ikinci hissədə çıxıb.
Xatırladaq ki, Bayramovun bu yay müqavilə bağladığı Bursa klubu 2-ci Liqada çempion olaraq bir üst diviziona yüksəlib.


