"Sabah bizi ilk oyundan da çətin qarşılaşma gözləyir" - BƏHLUL

"Oyunun mahiyyətinin fərqindəyik. Hazırlqılarımızı buna uyğun tamamlamışıq. Sabah bizi ilk oyundan da çətin matç gözləyir. Amma görüşə hazırıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə edək".
"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə deyib.
Müdafiəçi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş"la cavab görüşündən öncə keçirilmiş mətbuat konfransında iştirak edib.
O, ÇL-in liqa mərhələsində oynamaq şanslarını dəyərləndirib:
"Bir azərbaycanlı üçün bu, çox böyük uğurdur. Bununla yanaşı, artıq 2 dəfə pley-offda oynamışam. Sadəcə, keçə bilməmişik. Bu barədə təcrübəliyik.
Sabahkı oyuna daha sakit yanaşırıq. Keçən matçdan sonra iki top üstünlüyün nə qədər tez aradan qalxa biləcəyini bilirik. Ona görə maksimum sakitik. Sabah soyuqqanlı olmağa çalışacağıq".
Xatırladaq ki, matç sabah saat 20:45-də başlanacaq.
"Qarabağ" ilk görüşdə qalib gəlib (3:1).