“Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 AZN-dən satışa çıxarıldı

 “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 AZN-dən satışa çıxarıldı

Oktyabrın 20-də UEFA Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turu çərçivəsində Bakıda keçiriləcək "Sabah" - “Borussiya" Dortmund (Almaniya) oyununun biletləri satışa çıxarılıb.

Bu barədə "Mediasport"a paytaxt klubundan məlumat verilib.

Biletlərin qiymətləri 15-650 manat arasında dəyişir.

Azarkeşlər biletləri iticket.az vasitəsilə əldə edə bilərlər.

Bakı Olimpiya Stadionunda baş tutacaq görüş saat 20:45-də start götürəcək.