Bölgə klubu Bakı-Yevlax-Qəbələ-Bakı marşrutu üzrə hazırlaşacaq

 Bölgə klubu Bakı-Yevlax-Qəbələ-Bakı marşrutu üzrə hazırlaşacaq

Premyer Liqada yeni mövsümə hazırlaşan İmişli"nin yay planı müəyyənləşib.

"Mediasport" xəbər verir ki, aran təmsilçisinin 2026/2027 mövsümünə hazırlığının ilk mərhələsi iyulun 27-dək BOS-un yardımçı meydançasında baş tutacaq.

Bölgə klubu bu müddətdə "Şəfa" (17 iyul),  "Qarabağ-2" (21 iyul) və "Araz Naxçıvan"la (24 iyul) yoxlama oyunlarında qüvvəsini sınayacaq.

İyulun 27-də komanda Yevlaxa yollanacaq və iyulun 28-də "Karvan"la yoxlama görüşü keçirəcək.

Ardınca kollektiv Qəbələyə yollanaraq hazırlığın ikinci mərhələsinə başlayacaq.

Təlim-məşq toplanışı avqustun 3-dək davam edəcək. Bu mərhələdə iyulun 31-də "Qəbələ", avqustun 3-də "Sumqayıt"la yoxlama oyunları nəzərdə tutulub.

Hazırlıq çərçivəsində son yoxlama görüşü avqustun 8-də Bakıda olacaq. Rəqib hələlik məlum deyil.