"Qarabağ"la Çempionlar Liqası matçının bütün biletləri satıldı

İyulun 23-də UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində İrlandiyada keçiriləcək “Şelburn” - “Qarabağ” qarşılaşmasında anşlaq olacaq.
"Mediasport" xəbər verir ki, görüş üçün satışa çıxarılan biletlərin hamısı alınıb.
Qeyd edək ki, 1953-cü ildə istifadəyə verilmiş "Tolka Park" arenasının azarkeş tutumu 5700 nəfərlikdir.
Matç Bakı vaxtilə saat 22:45-də başlanacaq.
Cavab qarşılaşması iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.