Gəncə şəhər stadionunun tam hazır olacağı vaxt açıqlandı

"Gəncə stadionunda görülən işlər III MDB oyunlarının başlanacağı tarixə qədər tam yekunlaşacaq. Açılış və qapanış mərasimi keçiriləcək stadion müasir tələblərə tam cavab verəcək və 15 min 400 nəfər tamaşaçı tutumuna malik olacaq".
"Mediasport" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gəncə Daşkəsən Regional İdman İdarəsinin rəisi Elvin Quliyev deyib.
İdarə rəhbəri Gəncə şəhər stadionunda görülən işlər haqda məlumat verib:
"Gəncə İdman Sarayında da III MDB oyunlarının bir hissəsi baş tutacaq. Burada 8 idman növü üzrə yarışlar keçiriləcək.
Sarayın azarkeş tutumu 2 min 200 nəfərdir və böyük zalda basketbol, futbol, voleybol, həmçinin digər oyunlar keçiriləcək. Gəncə İdman Sarayında VİP bölmələr də fəaliyyət göstərir. Atıcılıq və üzgüçülük bölməsi dünya standartlarına cavab verir”.
Qeyd edək ki, Gəncə stadionu 1959-1963-cü illərdə inşa edilərək 1964-cü ildə istismara verilib.
İdman qurğusunun istismarı yararsız vəziyyətə düşdüyündən ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə yenidən inşa edilir.