ÇL-də mərhələ keçən "Sabah" KL-in Liqa mərhələsinə vəsiqə qazandı

ÇL-də mərhələ keçən "Sabah" KL-in Liqa mərhələsinə vəsiqə qazandı

UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları start götürüb.

"Mediasport" xəbər verir ki, Azərbaycanın yarışda təmsilçisi "Sabah" Finlandiya səfərində meydana çıxıb.

Səfərdə də qələbə qazanan Masazır klubu ÇL-də növbəti mərhələyə yüksəlməklə azı Konfrans Liqasının da Liqa mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, "bayquşlar" növbəti raundda “Orhus” (Danimarka) – “Lex” (Polşa) duelinin güclüsünə rəqib olacaq.


UEFA Çempionlar Liqası. 2-ci təsnifat mərhələsi. Cavab oyunu


"KuPS" (Finlandiya) – "Sabah" (Azərbaycan) 0:2

Baş hakim: Qal Leybovits

Yan xətt hakimləri: Roy Hassan, Yossi Babayoff, Dekel Zino (hamısı İsrail)

Kuopio. "Vare Areena". (İlk oyun - 0:1)