"Araz-Naxçıvan" Kiprdə daha böyük hesabla darmadağın edildi

Azərbaycanın UEFA Avropa Konfrans Liqasında digər təmsilçisi "Araz-Naxçıvan" da cavab oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu kollektiv səfərdə də "Omoniya"nın darmadağınına məruz qalıb.
Ötən həftə Bakıda 4 cavabsız qolla uduzan komandamız bu dəfə qapısında 5 qol görüb.
Cütün qalibi pley-off mərhələsində PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin məğlubu ilə üz-üzə gələcək.
UEFA Avropa Konfrans Liqası. 3-cü təsnifat mərhələsi. Cavab oyunu
"Omoniya" (Kipr) - "Araz-Naxçıvan" (Azərbaycan) 5:0
Baş hakim: Yakob Kehlet
Baş hakimin köməkçiləri: Lars Hummelqaard, Martin Markus
Dördüncü hakim: Mikel Redder
VAR: Sandi Putros
AVAR: Morten Kroq