"Sabah" Yusif İmanova məhkəmədə uduzdu - Təzminat ödəyəcəklər

"Sabah" Yusif İmanova məhkəmədə uduzdu - Təzminat ödəyəcəklər

“Sabah” keçmiş qapıçısı Yusif İmanova 10 min manat təzminat ödəyəcək.

"Mediasport" “Sportal”a istinadən xəbər verir ki, bu haqda AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi qərar çıxarıb.

Qurum futbolçunun xeyrinə qətnamə qəbul edib.

Xatırladaq ki, Masazır təmsilçisinin heyətində kifayət qədər oynamaq şansı əldə etməyən qapıçı klubla müqaviləsini birtərəfli qaydada pozmuşdu.

Daha sonra hər iki tərəf bir-birinə qarşı 53 min manatlıq iddia qaldırmışdı.