Sabiq "Xəzər Lənkəran"lıya ədəbsiz jestə görə cəza verildi

Sabiq "Xəzər Lənkəran"lıya ədəbsiz jestə görə cəza verildi

Tarixə qovuşmuş "Xəzər Lənkəran"ın sabiq futbolçusu İqor Kovaleviç Belarus Futbol Federasiyası tərəfindən cəzalandırılıb.

"Mediasport" xəbər verir ki, "Neman" klubunun baş məşqçisi "Dinamo" (Minsk) ilə kubok görüşündə həmkarına tərbiyəsiz jest edib.

İntizam Komitəsi 57 yaşlı mütəxəssisə 5 oyunluq cəza verib.

Qeyd edək ki, sabiq müdafiəçi 2004-2005-ci illər mövsümündə Lənkəran klubunun heyətində 15 oyun keçirib, mövsümü gümüş medalla başa vurub.