"Buraya gəlmək onların borclarıdır" - Qurban Qurbanov

"Buraya gəlmək onların borclarıdır" - Qurban Qurbanov

"Əvvəl Qarabağı görmədən sevirdim, indi isə görüb daha çox sevməyə başladım. Çox şadam ki, bu gün bizə nəsib oldu. Düşmənin ziyan vurduğu yerləri gördük. Qısa zaman kəsiyində bu ərazilərdə böyük dəyişikliklərin və yeniliklərin şahidi olduq".

Mediasport xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubunun çalışdırıcısı komandanın Qarabağ bğlgəsinə səfəri haqda təəssüratlarını bölüşüb:

“Futbolçularımızın bir qismi işğaldan azad olunduqdan sonra bu torpaqları ziyarət etmişdilər, lakin bəziləri ilk dəfədir görürlər. Ümumi təəssüratları Bakıda müzakirə edəcəyik. Lakin buraya gəlmədən qabaq da oyunçulara müəyyən məlumatlar verilmişdi.

Yeni qurulacaq “İmarət” stadionunu da gördük. Çox xoş oldu. Legionerlər də yaxşı bilirlər ki, buraya gəlmək onların borclarıdır. Qarabağ sakinlərinin yanında olmaq istəyirik. Düşünürəm ki, onlar üçün də maraqlı oldu. Sevindirici məqamlardan biri də odur ki, burada azarkeşlərimizin bir çoxu ilə tanış olduq. Biz onlar üçün futbol oynayırıq. Çalışacağıq ki, qarşıdakı dönəmdə daha yaxşı nəticələr əldə edək. Hər zaman qeyd etdiyim kimi, məsuliyyətimiz günü-gündən artır”.

Qeyd edək ki, "Qarabağ" Futbol Klubunun rəhbərliyi, məşqçiləri və futbolçuları dünən Şuşa, Xankəndi, Ağdam və Füzulidə səfərdə olublar.