"Şamaxı"nı "Zaqatala"ya dəyişdi
1-ci Liqada qarşıdakı mövsümə hazırlaşan “Zaqatala” heyətini yeni futbolçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi Raul Nağıyevi transfer edib.
21 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Yarımmüdafiəçinin son klubu “Şamaxı”ını əvəzedici komandası olub.


