Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda işlər yubanır
"Sumqayıt" futbol klubu Azərbaycan Premyer Liqasında növbəti iki ev matçını da "SOCAR Polymer Arena"da keçirəcək.
Bu barədə "Mediasport"a Peşəkar Futbol Liqasından məlumat verilib.
Qərar Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan renovasiya işləri ilə əlaqədar qəbul edilib.
Çempionatın X turunun "Sumqayıt" - "Şəfa" görüşündən əvvəl stadiona baxış keçiriləcək və arenanın statusu ilə bağlı növbəti qərar veriləcək.
Qeyd edək ki, komanda mövsümün əvvəlindən rəqiblərini bu arenada qəbul edir.

