Azərbaycan klubundan ayrılan futbolçuların sayı 7-yə çatdı

Azərbaycan klubundan ayrılan futbolçuların sayı 7-yə çatdı

Premyer Liqadan düşən "Karvan-Yevlax" daha 3 futbolçusu ilə yollarını ayırıb.

"Mediasport" xəbər verir ki, aranlılar Moise Nqvisani, Olavale Doyeni və İmani Barkerlə başa çatan müqavilələrin müddətini uzatmayıblar.

Moise əyalət təmsilçisinin heyətində başa çatan mövsüm ümumilikdə 29 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.

Olavale 2025/2026 sezonunda 24 oyunda 2 qol vurub.

Fransa Qvianasından olan Barker isə 24 oyunda 2 qolla yadda qalıb.

Klub buna qədər Kayl Spens, Pedro Mateuş, Qavi Tompson və Coy Slayd Mikelslə vidalaşıb.

"Karvan-Yevlax" yeni mövsümdən Azərbaycan 1-ci Liqasında mübarizə aparacaq.