"Şəfa"ya kubok və medalların veriləcəyi tarix məlum oldu

"Şəfa"ya kubok və medalların veriləcəyi tarix məlum oldu

Azərbaycan 1-ci Liqasının 27-ci turunda cari mövsümü çempion başa vuran "Şəfa" "Zaqatala"nın qonağı olacaq.

"Mediasport" xəbər verir ki, matç başa çatdıqdan sonra çempionluq kuboku və qızıl medallar "Şəfa"ya təqdim ediləcək.

Xatırladaq ki, "Zaqatala" - "Şəfa" qarşılaşması mayın 22-də, saat 15:30-da Binə qəsəbə stadionunda baş tutacaq.