Zaqatalada 7 qol oldu, "Qaradağ Lökbatan"dan ardıcıl 5-ci "sülh"

Futbol üzrə Azərbaycan 1-ci liqasında 21-ci turun görüşləri start götürüb.
"Mediasport" xəbər verir ki, ilk oyun günündə üç matç keçirilib.
Zaqatalada "qol yağışı" olub, autsayder "Qaradağ Lökbatan" liqada ardıcıl 5-ci dəfə heç-heçə edib.
Öz növbəsində son dönəmlərin yüksəlişdə olan komandası "Mingəçevir" növbəti xalını qazanıb.
Turun mərkəzi qarşılaşması sabah Yevlax şəhər stadionunda baş tutacaq.
Azərbaycan 1-ci Liqası. 21-ci tur
MOİK – “Cəbrayıl” 2:1
Hakimlər: Murad Səlimov, Aydın Baxşıyev, Elmin Süleymanov, Maqsud Şamıyev
Binə qəsəbə stadionu
“Zaqatala” – “Bakı Sportinq” 6:1
Hakimlər: Emin Əliyev, Orxan İbişov, Zakir Şükürzadə, Nazim Abdullayev
Zaqatala OİK stadionu
“Qaradağ Lökbatan” – “Mingəçevir” 0:0
Hakimlər: Alik Yunusov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, İslam Məmmədov
Lökbatan OİK stadionu
11 aprel (cümə)
16:30. “Karvan” – “İmişli”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Rəhman Aslanov, Ruslan Quliyev
Yevlax şəhər stadionu
17:00. “Qəbələ” – “Difai”
Hakimlər: Rövşən Rəcəbov, Nurlan Əhmədzadə, Sadiq Əliyev, Niyaz Əhmədov
Qəbələ şəhər stadionu