Kubokda son 14 mövsümün ən aşağı məhsuldarlığı qeydə alındı

Kubokda son 14 mövsümün ən aşağı məhsuldarlığı qeydə alındı

Azərbaycan Kubokunun 1/8 final mərhələsində son 14 mövsümün ən aşağı məhsuldarlıq göstəricisi qeydə alınıb.

"Mediasport" xəbər verir ki, 8 oyunda cəmi 19 qol vurulub.

Orta məhsuldarlıq 2,375-ə bərabər olub.

1/8 finalda daha aşağı məhsuldarlığa sonuncu dəfə 2011/12 mövsümündə təsadüf olunub. Həmin vaxt 7 qarşılaşmada 14 qol vurulub. Orta göstərici 2,00-a bərabər olub.

Qeyd edək ki, ötən mövsüm 1/8 finalda 27 qol qeydə alınmışdı.