Türkiyədə Vüsal İsgəndərli üçün Yalçın Koşukavakı gətirdilər - FOTO

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi Türkiyənin “Boluspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Mediasport.com.az xəbər verir ki, 1-ci Liqa təmsilçisi Yalçın Koşukavakla müqavilə bağlayıb.
52 yaşlı mütəxəssislə anlaşma mövsümün sonunadək nəzərdə tutulub.
O, Arif Ufuk Kahramanı əvəz edib. 51 xalla turnir cədvəlində lider olan "Kocaelispor"dan 18 xal geri qalan Bolu klubu 9-cu pillədə qərarlaşıb.
Vüsal İsgəndərli komandada 2024-cü ilin yanvarından çıxış edir.
Vingerin hesabında 26 oyun, 1 qol və 1 məhsuldar ötürmə var.