"Əlimizdən gələni etdik, mübarizə apardıq və çox çalışdıq" - RENAT
"Meydanda əlimizdən gələni etdik. Mübarizə apardıq və çox çalışdıq".
"Mediasport" xəbər verir ki, bunu Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov deyib.
Forvard DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turu çərçivəsində dünən Bakıda baş tutan oyun haqda danışıb.
"Fransa başqa səviyyəli komandadır. Qol vurduqdan sonra fransızların bərabərlik qazanmaq üçün əllərindən gələni etmələri normaldır.
Artıq klublarımıza qayıdırıq, daha çox oynamalı və inkişaf etməliyik ki, mart ayında milli komandaya yaxşı formada qayıda bilək".
Xatırladaq ki, yığmamızın Fransa millisinə 1:3 hesabı ilə uduzduğu görüşdə ilk qolu Renat dadaşov vurub.
