Yığmamız Avropa çempionatında
Çimərlik futbolu üzrə Avropa çempionatının B Divizionu Gürcüstanın Batumi şəhərində təşkil olunacaq.
"Mediasport" xəbər verir ki, 15-19 iyul tarixlərində keçiriləcək yarışda 8 komanda iştirak edəcək.
Ev sahibi ilə yanaşı, Azərbaycan, Latviya, Qazaxıstan, Belçika, Malta, İngiltərə və Norveç milliləri mübarizə aparacaqlar.
Turnirin reqlamenti və püşkü barədə daha sonra məlumat veriləcək.
