Yığmamız Qızıl Avropa Liqası oyunları üçün Slovakiyaya yollandı

Qızıl Avropa Liqasında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyunlar üçün Slovakiyaya yola düşüb.
"Mediasport" xəbər verir ki, qarşılaşmalar 6-8 iyunda paytaxt Bratislavada keçiriləcək.
Rəqiblər Slovakiya və Monteneqro komandaları olacaq.
Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv daha əvvəl Bakıdakı matçlarda Macarıstan və Sloveniya seçmələrinə 0:3 hesabı ilə uduzub.