"Turan" ilk mövsümündə Azərbaycan çempionu oldu!
Qadınlar arasında voleybol üzrə Yüksək Liqada Azərbaycan çempionatı yekunlaşıb.
"Mediasport" xəbər verir ki, "Turan" klubu debüt mövsümündə ölkənin ən güclüsü adını qazanıb.
Ziya Rəcəbovun baş məşqçisi olduğu Tovuz təmsilçisi Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan final qarşılaşmasında "DH Volley"i 3:1 hesabı ilə məğlub edərək qızıl medallara sahib çıxıb.
"Gəncə" isə çempionatda bürünc medalçı olub.
