Azərbaycan klublarının avrokubok rəqibləri müəyyənləşdi - TƏQVİM

Azərbaycan klublarının avrokubok rəqibləri müəyyənləşdi - TƏQVİM

Azərbaycanı avrokuboklarda təmsil edəcək voleybol klublarının rəqibləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, qadınlar arasında Azərbaycan çempionu "Turan" Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" komandası ilə qarşılaşacaq.

İlk oyun 20-22 oktyabrda evdə, cavab matçı 27-29 oktyabrda səfərdə keçiriləcək.

Kişilərin yarışında son ölkə çempionu "Xilasedici" Çempionlar Liqasında Portuqaliyanın "Sportinq" klubu ilə üz-üzə gələcək.

İlk görüşl 2-5 noyabrda evdə, cavab qarşılaşması 10-12 noyabrda səfərdə baş tutacaq.

Qadınlardan ibarət "DH Volley" komandası Çağırış Kubokunun 1/32 finalında "Holte" (Danimarka) ilə mübarizə aparacaq.

Təmsilçimizin ilk oyunu 27-29 oktyabrda evdə, cavab dueli 3-5 noyabrda səfərdə olacaq.

Kişilər arasında Çağırış Kubokunda təmsilçimiz "Ordu" isə Norveçin "Ferde" kollektivi ilə gücünü yoxlayacaq.

Bu komandalar arasında ilk görüş 10-12 noyabrda Bakıda, cavab matçı 17-19 noyabrda səfərdə reallaşacaq.