Millimiz III MDB Oyunlarına Gürcüstanda hazırlaşacaq

Azərbaycanın 17 yaşadək oğlan voleybolçulardan ibarət millisi III MDB Oyunlarına Gürcüstanda hazırlaşacaq
Bu barədə "Mediasport"a Voleybol Federasiyasından məlumat verilib.
Tbilisi şəhərinə yola düşən komandamız sentyabrın 10-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində Gürcüstanın yeniyetmələrdən ibarət millisi ilə bir neçə yoxlama oyunu keçirəcək.
Yeniyetmə oğlanlardan ibarət millinin baş məşqçisi Cahangir Seyed Abbasi təlim-məşq toplanışına 15 idmançı ilə yollanıb.