"Yığmamızdan daha yaxşı nəticə gözləyirdik" - Sərxan Hacıyev

"Yığmamızdan daha yaxşı nəticə gözləyirdik" - Sərxan Hacıyev

"Sevindiricidir ki, amputant futbolu üzrə Millətlər Liqasının oyunları Azərbaycanda keçirildi. Millimiz də turnirdə yaxşı çıxış etdi".

"Mediasport" xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.

 Federasiya rəsmisi amputant futbolu üzrə Azərbaycan millisinin Bakıda keçirilən Millətlət Liqasında bürünc medal qazanmasını müsbət qiymətləndirib:

"Komandamız bürünc medalla kifayətləndi. Təbii ki, yığmamızdan daha yaxşı nəticə gözləyirdik. Amma bu nəticə də bizi qane edir. Futbolçularımız axıra kimi mübarizə apardılar. Nəticəni yaxşı qiymətləndiririk”.

Qeyd edək ki, millimiz Belçika və Niderlanda qalib gəlib, İsraillə bərabərə qalıb, Ukraynaya uduzub.