Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - VİDEO
"Qarabağ"dan ayrılan Kevin Medina karyerasını Malayziyada davam etdirəcək.
"Mediasport" xəbər verir ki, kolumbiyalı "Cohor Darul Tazim" klubu ilə anlaşıb.
33 yaşlı müdafiəçi 2025/2026 mövsümündə Ağdam təmsilçisinin heyətində ümumilikdə 42 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Xatırladaq ki, futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü Eddi İsrafilov da "Cohor Darul Tazim"də forma geyinir.


