Azərbaycan milli komandası Füzuli və Şuşada - FOTOLAR

Azərbaycan milli komandası Füzuli və Şuşada - FOTOLAR

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası “Zəfər yolu” sosial layihəsi çərçivəsində bu gün  işğaldan azad olunmuş torpaqlara - Füzuli və Şuşa şəhərlərinə səfər edib.

"Mediasport" xəbər verir ki, komanda Füzuli şəhər sakinləri ilə görüşüb, Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb və şagirdləri ilə tanış olub.

Futbolçularla 1 nömrəli məktəbin şagirdləri arasında məktəbin meydançasında simvolik məşq, penalti yarışması keçirilib.

Milli komanda daha sonra Şuşa qalasını, Cıdır düzünü də ziyarət edib.

Səfərin əsas məqsədi qadın futbolunun nüfuzunun ictimaiyyət arasında artırılması və təbliğinin aparılmasını təmin etməkdir.