Yığmamızın Macarıstanda təlim-məşq toplanışı start götürdü

Yığmamızın Macarıstanda təlim-məşq toplanışı start götürdü

Qadın güləşçilərdən ibarət Azərbaycan milli komandası Macarıstanda təlim-məşq toplanışına başlayıb.

"Mediasport" xəbər verir ki, Tatabanya şəhərində keçirilən toplanışda Macarıstan, Litva, Almaniya, Finlandiya, Yaponiya, Rusiya, Braziliya, Türkiyə, Estoniya, İtaliya və Rumıniya güləşçiləri də qatılıblar.

Düşərgədə baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Əsmər Cankurtaran, Elnurə Məmmədova (hər ikisi 50 kq), Nərgiz Səmədova (53 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq), Birgül Soltanova (68 kq) və Zəhra Kərimzadə (72 kq) yer alıblar.

Yığmamızın hazırlığı fevralın 21-dək davam edəcək