"Bu nəticə bizi qane etdi, ancaq daha yaxşı ola bilərdi"

"Bu nəticə bizi qane etdi, ancaq daha yaxşı ola bilərdi"

"Bu nəticə üçün sevinirik, bizi qane etdi".

"Mediasport" xəbər verir ki, bu sözləri Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında uğurla çıxış edən sərbəst güləş üzrə Azərbaycanın millisinin məşqçisi Namiq Quliyev deyib.

Mütəxəssis nəticənin gələcək yarışlarda komandaya stimul verəcəyini qeyd edib:

"Daha yaxşı ola bilərdik. Sadəcə, idmançılarımız texniki səhvlərə görə daha çox qızıl medal əldə edə bilmədilər. 62 və 57 kq çəki dərəcələrində də birinci olmağa yaxın idik".

Qeyd edək ki, Azərbaycanın sərbəst güləş komandası Gimnaziadanı 10 medalla (2 qızıl, 3 gümüş və 5 bürünc) başa vurub.