AFFA 7 aydır işləməyən tablonu nə vaxt düzəltdirəcək? - AÇIQLAMA

AFFA 7 aydır işləməyən tablonu nə vaxt düzəltdirəcək? - AÇIQLAMA

Qadın futbolçulardan ibarət Azərbaycanın əsas milli komandası və "Araz-Naxçıvan" klubunun ev oyunlarını keçirdiyi "Liv Bona Dea Arena"nın tablosu 6 aydan çoxdur işləmir.

Aşağı yaş qrupları üzrə yığmaların da daim yararlandığı Mərdəkan stadionunun elektron göstəricisi son dəfə yay aylarında işlək olub.

"Mediasport" qadınlar arasında əsas millilər çərçivəsində AVRO-2025-in seçmə qrup mərhələsinin Azərbaycan - Macarıstan (0:5) görüşünün keçirildiyi 2024-cü il iyulun 13-də də məsələni qabardaraq ictimailəşdirmişdi.

Ötən müddətdə tablonun olduğu kimi qalması sual doğurmaya bilməz - "Nə çətin şeydir bunu düzəltmək və ya dəyişmək?"

Arenadan icarə əsasında istifadə edən "Araz-Naxçıvan" klubundan saytımıza şifahi olaraq bildirildi ki, tablonu düzəltmək onlara aid deyil, AFFA-nın işidir.

Federasiyanın mətbuat xidmətindən sualımıza cavab aldıq:

"Yeni tablo sifariş olunub. Martın sonunda Bakıya gətiriləcək".