Faiq Hacıyev "Turan Tovuz"un heyətində 100-cü oyununu keçirdi
Faiq Hacıyev "Turan Tovuz"un heyətində Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.
Klubdan "Mediasport"a verilən məlumata görə, yubiley görüşü 27-ci turun "Sumqayıt"la ev matçına təsadüf edib.
Hacıyevin 100-cü qarşılaşması komandasının qələbəsi ilə yekunlaşıb - 2:1.
ⅦQəbələ"nin yetirməsi olan müdafiəçi 2021-ci ildən qərb təmsilçisinin formasını geyinir.
O, "Turan Tovuz"adək MOİK-də də oynayıb.
