Azərbaycan millisinin üzvü 5 ay futboldan kənarda qalacaq
Azərbaycan milli komandasının futbolçusu Səbuhi Abdullazadə əməliyyat olunub.
"Mediasport" xəbər verir ki, “Sumqayıt”ın üzvünün əməliyyatı uğurla başa çatıb.
Yarımmüdafiəçi təxminən 5 ay futboldan kənarda qalacaq.
Xatırladaq ki, Abdullazadə "Neftçi" ilə Premyer Liqa matçından sonra dəhlizdə özünə xəsarət yetirib.


