"Qarabağ", "Şamaxı" və "Sabah" kubokda 1/4 finala yüksəldi
Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final görüşləri keçirilir.
"Mediasport" xəbər verir ki, bu gün raund çərçivəsində daha üç matç baş tutub.
Dünən 1/4 finala yüksələn "Turan Tovuz"la "Zirə"yə "Qarabağ", "Şamaxı" və "Sabah" da qoşulub.
Xatırladaq ki, mərhələyə sabah iki qarşılaşma ilə yekun vurulacaq.
Azərbaycan Kuboku. 1/8 final
"Şamaxı" - "Baku Sportinq" 1:0
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu
"İmişli" - "Sabah" 1:1 (ə.v. 0:1)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Quba Olimpiya Kompleksinin stadionu
"Qarabağ" - "Karvan-Yevlax" 3:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
"Azərsun Arena"
