Azərbaycan milli komandasının rəqibləri məlum oldu - DÇ-2027
Azərbaycanın qadın futbolçulardan ibarət millisinin DÇ-2027-nin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil edilən püşkatmanın nəticəsinə görə Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv C liqasında mübarizə aparacaq.
Püşk zamanı ikinci səbətdə yer alan yığma III qrupda Macarıstan, Şimali Makedoniya və Andorra yığmalarına rəqib olub.
Qeyd edək ki, DÇ-2027-nin seçmə mərhələsinə 2026-cı ilin fevralında start veriləcək.
