"Neftçi"nin Türkiyə klubu ilə ÇL oyunu isveçli hakimə tapşırıldı

Azərbaycanı qadınlar arasında UEFA Çempionlar Liqasının təsnifat mərhələsində təmsil edəcək "Neftçi"nin oyununun hakimləri açıqlanıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan çempionunun Türkiyə təmsilçisi "Fomget"lə 1-ci raund matçını İsveç və Belçikadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi isveçli Hanna Lajaanen olacaq. Ona həmyerlisi Yilan Taher və belçikalı Marqo Yakobs köməklik göstərəcək.
Belçikalı digər referi Yana Van Lare isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Xatırladaq ki, qarşılaşma UEFA-nın qərarı ilə Albaniyada keçiriləcək.
Görüş iyulun 30-da Tiranadakı "House of Football Natural Pitch" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
1-ci raund yarımfinal və final mərhələsindən ibarət olacaq.
"Neftçi" "Fomget"i mübarizədən kənarlaşdırsa, avqustun 3-də mini finalda İsrailin "Kiryat" klubu ilə qarşılaşacaq.
Qalib II təsnifat mərhələsinə yüksələcək.