DÇ-2027: Azərbaycan millisi Macarıstan yığmasına uduzdu

DÇ-2027: Azərbaycan millisi Macarıstan yığmasına uduzdu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün DÇ-2027-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komandamız Macarıstanda yerli kollektivlə qarşılaşıb.

C Liqasının 3-cü qrupu çərçivəsində baş tutan meydan sahiblərinin qələbəsilə yekunlaşıb.

Xatırladaq ki, yığmamız qrupun ilk görüşündə Bakıda Şimali Makedoniya futbolçularını məğlub edib (2:0).


DÇ-2027. Seçmə mərhələ. 2-ci tur


Macarıstan - Azərbaycan 1:0

Baş hakim: Filipa Pereyra Kunya

Baş hakimin köməkçiləri: Andreya Souza, Kristiana Moreyra Kosta

Dördüncü hakim: Sara Alves (hakimlər briqadası Portuqaliyadandır)

Macarıstan, Felksüt, “Panço Arena”