Yığmamızın matçında kütləvi DAVA: Əlbəyaxa oldular - VİDEO

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Monteneqro (0:0) ilə yoldaşlıq oyunundan sonra kütləvi dava baş verib.
"Mediasport" xəbər verir ki, xoşagəlməz hadisə rəqib komandanın kapitanı Viktor Cukanovun intizamsızlığından sonra yaşanıb.
O, millimizin üzvü Emin Rüstəmovun boğazından tutaraq itələyib. Bundan sonra futbolçular bir-birlərinin üzərinə hücum çəkiblər.
Kütləvi münaqişə xoşagəlməz mənzərəyə səbəb olub.